Forum.Mix.az: Bu gün Türkiyədə nələr baş verir? - Forum.Mix.az

Перейти к содержимому

Toggle shoutbox Shoutbox

Forumun çatından istifadə edə bilmək üçün forumda Aktiv user olmaq lazımdır. Bunun üçün forumda ən az 200 şərhiniz olmalıdır.
Vugar  : (09 September 2010 - 02:24 AM) http://www.youtube.c...h?v=eXij8EWPE_M
Vugar  : (09 September 2010 - 02:24 AM) :(
Vugar  : (09 September 2010 - 01:30 AM) sagol
ASHKSIZ_PRENS  : (09 September 2010 - 01:30 AM) ok gecən xeyrə
Vugar  : (09 September 2010 - 01:29 AM) men gedim duwa girim belke basim acilar
Vugar  : (09 September 2010 - 01:29 AM) ok
ASHKSIZ_PRENS  : (09 September 2010 - 01:29 AM) Vugar bilmirəm hələ.görək də nə olur
Vugar  : (09 September 2010 - 01:28 AM) futbola gelirsen?
Vugar  : (09 September 2010 - 01:28 AM) cox sagol qadasi
ASHKSIZ_PRENS  : (09 September 2010 - 01:26 AM) Vugar böyük oğlan olasan indidən təbrik eliyim qaqaş
Vugar  : (09 September 2010 - 01:25 AM) he
ASHKSIZ_PRENS  : (09 September 2010 - 01:24 AM) o da olar .təki yaxşı ol. 11.i ad günündü ?
Vugar  : (09 September 2010 - 01:22 AM) monitorumda menim biraz goz agridandi nese
Vugar  : (09 September 2010 - 01:21 AM) agrimire gozlerim agriyir biraz basim gicellenir nese bugun kompa cox baxmisam oturmusam qbaginda belkede ondandi cole cixmamisam deye,.
ASHKSIZ_PRENS  : (09 September 2010 - 01:20 AM) Vugar niye ki ? çox ağrıyır başın ?
Vugar  : (09 September 2010 - 01:19 AM) salam qaqa salam,.bu nedi bele bele bas agriis olar basim gicellenir(
ASHKSIZ_PRENS  : (09 September 2010 - 01:18 AM) Vugar salam
Vugar  : (09 September 2010 - 01:14 AM) :rolleyes:
ASHKSIZ_PRENS  : (09 September 2010 - 01:10 AM) NƏ yaxşı sakitçilikdi :D
ASHKSIZ_PRENS  : (09 September 2010 - 12:25 AM) :unsure:
Изменение размера пространство чата

  • (3 Səhifə)
  • +
  • 1
  • 2
  • 3
  • Вы не можете создать новую тему
  • Вы не можете отвечать в этой теме

Bu gün Türkiyədə nələr baş verir?

#1 İstifadəçi Offline   NikoAz 

  • VİP
  • PipPipPip
  • Status: VIP user
  • İsmarıclar: 393
  • Qeyd. Tarixi: 10-January 10
  • LocationBaki

Göndərildi 31 March 2010 - 12:06 AM

Türk Ordusna Nurçular və İslamçılar Tərəfindən Daha Bir Zərbə Planı!!


Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) konstitusiya dəyişiklik paketini sabah saat 11.00-da Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edəcək. Paketdə Baş qərargah rəisi və digər qoşun hissələri komandirlərinin də adil məhkəmədə mühakimə olunmasının yolu açılır.
Konstitusiya paketində dəyişiklik ediləcək maddə sayı 28-ə yüksəlib. Paketdə Baş qərargah rəisi və qoşun komandirləri üçün məhkəmədə mühakimə olunma yolu açılır.
Ayrıca "eyni iş sahəsində birdən çox vəzifə tuta bilməz" ifadəsi çıxarılacaq.
Yeni dəyişiklik paketindən təqaüdçülər də faydalanacaq.



AZERBAYCAN


“Uşaq ikən hər gecə mənə bir velosiped verməsi üçün tanrıya dua edərdim. Bir gün tanrının iş prinsipinin belə olmadığının fərqinə vardım. Gedib bir velosiped oğurladım və tanrıya məni bağışlaması üçün dua etməyə başladım.”

Al Kapone


“Hər dəqiqə təriflənmək istəyən bir Tanrıya inana bilmərəm.” Fridrix Nitsşe

0

#2 İstifadəçi Offline   Los Barbados 

  • Bronze
  • PipPipPip
  • Status: Bronze
  • İsmarıclar: 1,085
  • Qeyd. Tarixi: 10-February 10
  • Locationوانا دائما معكم ، وأذربيجان

Göndərildi 01 April 2010 - 01:20 PM

o yerde ki, Din hakimiyyete qarishdi, ordan qach canini qurtar.

besheriyyet tarixinde din uzerinde qurulmush butun hakimiyyetler fiaskoya ugrayib.


Şüphələrin hamısına qapı bağlasan, həqiqət də çöldə qalar
0

#3 İstifadəçi Offline   NikoAz 

  • VİP
  • PipPipPip
  • Status: VIP user
  • İsmarıclar: 393
  • Qeyd. Tarixi: 10-January 10
  • LocationBaki

Göndərildi 01 April 2010 - 10:26 PM

Turku mehv eden ele bu bos menasiz din seriet idologiyasi olduda.:angry:

AZERBAYCAN


“Uşaq ikən hər gecə mənə bir velosiped verməsi üçün tanrıya dua edərdim. Bir gün tanrının iş prinsipinin belə olmadığının fərqinə vardım. Gedib bir velosiped oğurladım və tanrıya məni bağışlaması üçün dua etməyə başladım.”

Al Kapone


“Hər dəqiqə təriflənmək istəyən bir Tanrıya inana bilmərəm.” Fridrix Nitsşe

0

#4 İstifadəçi Offline   Los Barbados 

  • Bronze
  • PipPipPip
  • Status: Bronze
  • İsmarıclar: 1,085
  • Qeyd. Tarixi: 10-February 10
  • Locationوانا دائما معكم ، وأذربيجان

Göndərildi 02 April 2010 - 11:51 AM

Men, hech bir dine qarshi deyilem, o vaxta qeder ki, din milli hisslerle oynamir. Eger ki din, milli qurur hissine toxunmaga bashladi, onda istenilen dini inkar ederem. 
Şüphələrin hamısına qapı bağlasan, həqiqət də çöldə qalar
0

#5 İstifadəçi Offline   Король_Ночи 

  • Сам по Себе
  • PipPipPip
  • Status: VDP
  • İsmarıclar: 768
  • Qeyd. Tarixi: 26-February 10
  • Location??????

Göndərildi 25 April 2010 - 04:59 AM

Mene ele qelirki sadec politika reklamidi
Быть академиком это так легко а стать человек сложно чем думаеться
0

#6 İstifadəçi Offline   Enver 

  • Super Moderator
  • PipPipPip
  • Status: Super Moderator
  • İsmarıclar: 956
  • Qeyd. Tarixi: 15-February 10
  • Locationbaki

Göndərildi 03 May 2010 - 12:15 PM

Dindən...vətənpərvərlik hisslərini oyatmaq üçün dini anlamağa dəyər...dində vətənpərvərlərin aqibətinin yaxşı olacağını anlamağa dəyər...

Amma və lakin...dindən istifadə etmək yanlışdır.....

Əfsus bu ikisini bir-biri ilə qarışdırırıq bəzən...
Mən gördüklərimi Yazmıram!!!
Amma yazdıqlarımı bütünlüklə GÖRÜRƏM!!!
by....Özüm...!

0

#7 İstifadəçi Offline   Nizami63 

  • Moderator
  • иконка
  • Status: Moderator
  • İsmarıclar: 1,283
  • Qeyd. Tarixi: 26-December 09

Göndərildi 07 May 2010 - 10:35 PM

Türkiyə parlamenti məhkəmə sisteminin islahatlarını qəbul etdi

Türkiyə Böyük Millət Məclisi, ölkənin ali məhkəmə sisteminə islahatlar edilməsi təklifini qəbul edib. Bunun sayəsində, hakimiyyətin ölkədə konstitusiya islahatlarını həyata keçirməsi daha da reallaşmağa başlayıb, - “Gazeta” xəbər verir.
Müxalifətdə yer alan siyasətçilərin fikrincə, islahatların keçirilməsi, hakim partiyanın, ölkənin məhkəmə sisteminə təsirini gücləndirməyə yönəlib.

F. Dostoyevski : Əgər Tanrı yoxdursa, o zaman hər şeyi etmək olar.
0

#8 İstifadəçi Offline   Nizami63 

  • Moderator
  • иконка
  • Status: Moderator
  • İsmarıclar: 1,283
  • Qeyd. Tarixi: 26-December 09

Göndərildi 08 May 2010 - 11:14 PM

Türkiyə Böyük Millət Məclisinin bugünkü toplantısında hakim Ədalət və İnkişaf Partiyasının ölkə konstitusiyasına təklif etdiyi əlavə və dəyişikliklər ikinci oxunuşda qəbul edilib. "CNN Türk"ün məlumatına görə, səsvermə zamanı 336 millət vəkili əlavə və dəyişikliklərin lehinə, 72 nəfər isə əleyhinə səs verib. Bir nəfər isə bitərəf qalıb.

Gizli keçirilən səsvermədə 409 millət vəkili iştirak edib. Səsvermənin nəticələri AKP millət vəkilləri tərəfindən alqışlarla qarşılanıb. Onlardan bəzilərinin sevincdən bir-birini qucaqladığı da müşahidə olunub.

Qeyd edək ki, sənəd bundan sonra imzalanması üçün prezident Abdulla Gülə göndəriləcək. Dövlət başçısı sənədi təsdiqləyərsə, o, 60 gün ərzində referenduma çıxarılmalıdır.

Səsvermədən sonra partiyasının qrup toplantısında çıxış edən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, indi söz xalqındır. Sənəd Türkiyə konstitusiyasına 29 dəyişikliyin edilməsini nəzərdə tutur.

"Dəyərlər" AİN

F. Dostoyevski : Əgər Tanrı yoxdursa, o zaman hər şeyi etmək olar.
0

#9 İstifadəçi Offline   Nizami63 

  • Moderator
  • иконка
  • Status: Moderator
  • İsmarıclar: 1,283
  • Qeyd. Tarixi: 26-December 09

Göndərildi 10 May 2010 - 02:14 PM

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, CHP lideri Dəniz Baykal və millət vəkili Nəsrin Baytoka aid olduğu iddia edilən gizli kamera qeydləri ilə əlaqədar üç nazirinə təlimat verdiyi bildirilir. Ərdoğan, daxili işlər naziri Bəşir Atalay, ədliyyə naziri Sadullah Yetkin və nəqliyyat naziri Binalı Yıldırıma, hadisəylə əlaqədar istintaq çərçivəsində əldə edilən bütün nəticələrin birbaşa CHP lideri Baykala çatdırılması təlimatını verib. Baş nazir Ərdoğanın istintaq mərhələsində ələ keçən gizli məlumatların və kasetlə əlaqədar texniki tapıntıların da ictimaiyyətə sızmadan Baykala çatdırılması istiqamətində qəti təlimat verdiyi bildirilir. Baykalla əlaqədar "2-ci gəlir" deyə bildirilən ikinci kaset görüntülərinin mətbuata sızmasına baş nazir Ərdoğanın mane olduğu da qeyd edilir. CHP Başçısı Dəniz Baykala aid olduğu irəli sürülən görüntüləri yayımlayan habervaktim.com internet saytından sonra "Vakit" qəzetinin Ankara bürosunda da axtarış aparılıb. Ankara Cumhuriyyət prokuroru Bülent Yücetürkün təlimatı ilə keçirilən axtarışda kompüterlərdə araşdırma aparılıb.
F. Dostoyevski : Əgər Tanrı yoxdursa, o zaman hər şeyi etmək olar.
0

#10 İstifadəçi Offline   Nizami63 

  • Moderator
  • иконка
  • Status: Moderator
  • İsmarıclar: 1,283
  • Qeyd. Tarixi: 26-December 09

Göndərildi 10 May 2010 - 05:00 PM

Türkiyənin ana müxalifət partiyasının hesab edilən CHP partiyasının sədri Dəniz Baykal son günlərdə ortaya çıxan əxlaqsız video görüntülərlə bağlı mətbuat konfransı təşkil etmişdir. Dəniz Baykal CHP-nin sədriliyindən istefa etdiyini açıqladı. Mətbuat nümayəndələrinə şərh verərkən "haqqınızı halal edin" deyə ictimaiyyətə müraciət etmişdir. Baykalın açıqlaması aşağıdakı kimidir. "Bu bir sadə kaset deyildir. Bu bir kompromatdır. Bunu edənlər siyasi məqsədlərlə ediblər". Daha sonra Baykal bildirmişdir: "Əgər bu hərəkətin cəzası istefa verməkdirsə o zaman mən istefa verirəm". Beləliklə əxalaqsızlıqda ifşa edilən CHP partiyasının sədri Dəniz Baykal istefa verməyə məcbur oldu
F. Dostoyevski : Əgər Tanrı yoxdursa, o zaman hər şeyi etmək olar.
0

#11 İstifadəçi Offline   Los Barbados 

  • Bronze
  • PipPipPip
  • Status: Bronze
  • İsmarıclar: 1,085
  • Qeyd. Tarixi: 10-February 10
  • Locationوانا دائما معكم ، وأذربيجان

Göndərildi 11 May 2010 - 12:54 PM

Türklər də bizim iş prinsipini öyrəniblər ki......
Şüphələrin hamısına qapı bağlasan, həqiqət də çöldə qalar
0

#12 İstifadəçi Offline   zaur16 

  • VDP
  • PipPipPip
  • Status: VDP
  • İsmarıclar: 636
  • Qeyd. Tarixi: 18-December 09
  • Locationuzaqlar

Göndərildi 11 May 2010 - 01:38 PM

Turkiye bu gedisatla ucuruma gedir.
Suey di
0

#13 İstifadəçi Offline   Nizami63 

  • Moderator
  • иконка
  • Status: Moderator
  • İsmarıclar: 1,283
  • Qeyd. Tarixi: 26-December 09

Göndərildi 11 May 2010 - 06:16 PM

Türkiyə baş naziri Rəcəb Tayib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykalın istefasını şərh edərkən bildirib: “Baykal hətta istefaya gedən zaman da öz zəhərini buraxmaq qərarına gəlib”, deyə - “SalamNyus” xəbər verir.

“Onun bizim ünvanımıza səsləndirdiyi ittihamlar, guya ki, biz bu təxribatı yaratmışıq, ağ yalan və yaşananlar qədər çirkindir. Bizim partiyamız bəzilərindən fərqli olaraq iyrənc siyasi metodlardan istifadə etmir. Bu kadrlar internetdə meydana gələrkən, mən dərhal müfaviq orqanlara tapşırıq verdim ki, lazımı işlər görülsün və bu kadrlar internetdən çıxarılsın. Əlbəttə ki, ümumi mənəvi normalara ziddiyət təşkil edən kadrlara mən reaksiyasız yanaşa bilməzdim. Çünki, biz hər bir zaman siyasi əxlaqa sadiq qalmışıq. Lakin, əgər Baykal mənim ona münasibətimi anlamayıbsa, bu onun öz problemidir”, - deyə Ərdoğan bildirib.

Ərdoğan Baykalın qəfil istefasına və buna səbəb olmuş vəziyyətə də vurğu edib
. “Həqiqətən heyrət içindəyik. Bu hadisəni bildiyimiz vaxtdan bu günə qədər yaşananları heyrət içində izləyirik. Məclisdə Konstitusiyaya düzəlişlərlə bağlı apardığımız görüşlər zamanı dostlar bu barədə məlumat verdi. Mən özüm bu, ölkə dəyərlərinə ziddiyyət təşkil edən kadrlarla tanış deyiləm. Bunun İnşəallah ki, uydurma olduğuna ümid etdik. Lakin, ana müxalifət liderinin bunların yalan olduğunu deməsi əvəzinə, bizi suçlaması üzüntümüzü daha da artırdı. Ümid edirik ki, bu yersiz ittihamlar onun indi keçirdiyi ruh düşkünlüyü və yaşanan zərbənin lazımsız bir reaksiyasıdır və qısa vaxtda sona yetər. Baş verənləri millətimiz dəyərləndirəcək”, - deyə Ərdoğan fikrini ifadə edib
F. Dostoyevski : Əgər Tanrı yoxdursa, o zaman hər şeyi etmək olar.
0

#14 İstifadəçi Offline   Enver 

  • Super Moderator
  • PipPipPip
  • Status: Super Moderator
  • İsmarıclar: 956
  • Qeyd. Tarixi: 15-February 10
  • Locationbaki

Göndərildi 13 May 2010 - 06:44 PM

Türkiyə prezidenti Abdulla Gül Konstitusiyanın bəzi maddələrinə dəyişiklik edilməsi ilə bağlı parlamentdə qəbul olunan qanunu təsdiqləyib.

Отправленное изображение
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Konstitusiya qanunu ümumxalq referendumuna təqdim edilmək üçün baş nazirin aparatına göndərilib. Referendumun tarixi Türkiyənin Ali Seçki Qurumu (Mərkəzi Seçki Komissiyası) tərəfindən müəyyənləşdiriləcək. Ümumxalq səsverməsinin iyulun ortalarına təyin olunacağı gözlənilir.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisində 3 həftəlik gərgin müzakirə və mübahisələrdən sonra Konstitusiyanın 25 maddəsinə dəyişiklik edilib. Lakin bu dəyişikliklərdən yalnız 2-si prinsipial əhəmiyyət daşıyır. Bunlardan biri Konstitusiya Məhkəməsinin, digəri isə Məhkəmə-Hüquq Şurasının tərkibinə dəyişiklik edilməsini nəzərdə tutur. Müxalifət hakimiyyət partiyasını məhkəmə hakimiyyətini ələ keçirmək cəhdində ittiham edir.


..........................................................................................................................................................................................................




Atom elektrik stansiyasının tikintisi barədə də sənəd imzalanıb..Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və bu ölkədə səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev arasında bu gün bir neçə hökumətlərarası saziş imzalanıb. Lent.az-ın “İnterfaks”agentliyinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan və Dmitri Medvedev Qafqaz və Samsun portları vasitəsi ilə beynəlxalq dəmiryolu-bərə tranzitinin təşkili barədə də razılığa gəliblər.İmzalanan sazişlərdən biri Rusiyanın Türkiyədə atom elektrik stansiyası tikməsi ilə bağlıdır. Tərəflər bir neçə memoranduma da imza atıblar. Bura ali təhsil və taxılçılıq sahəsində əməkdaşlıq daxildir. Eyni zamanda quş ətinin satışı və sanitar normaların gözlənilməsi barədə razılıq əldə olunub.&nbsp;<br><br>Bundan sonra ruslar Türkiyəyə, türklər isə Rusiyaya vizasız gedib-gələ biləcəklər. Bu ölkələrin vətəndaşları üçün qarşılıqlı olaraq vizasız gediş-gəliş 30 gündür.
Mən gördüklərimi Yazmıram!!!
Amma yazdıqlarımı bütünlüklə GÖRÜRƏM!!!
by....Özüm...!

0

#15 İstifadəçi Offline   Nizami63 

  • Moderator
  • иконка
  • Status: Moderator
  • İsmarıclar: 1,283
  • Qeyd. Tarixi: 26-December 09

Göndərildi 14 May 2010 - 08:51 PM

Türkiyə Ali Seçki Qurumu (Mərkəzi Seçki Komissiyası) Konstitusiya dəyişikliyi ilə bağlı ümumxalq səsverməsinin vaxtını müəyyənləşdirib.

“CNN Türk”ün verdiyi məlumata görə, qurum referendumun 2010-cu il sentyabrın 12-də keçiriləcəyini açıqlayıb.

Bu qərar hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasını (AKP) məmnun etməyib. Belə ki, bir neçə həftə əvvəl parlamentdəki AKP çoxluğu referendum haqqında qanuna dəyişiklik edərək referendum kampaniyasının müddətini 120 gündən 60 günə endirmişdi. Bu dəyişikliyə əsaslanan AKP və hökumət referendumun iyul ayının ikinci həftəsinə təyin edilməsini gözləyirdi. Lakin Ali Seçki Qurumu belə qərara gəlib ki, referendum haqqında qanuna edilən dəyişiklik 1 il müddətində tətbiq edilə bilməz.

F. Dostoyevski : Əgər Tanrı yoxdursa, o zaman hər şeyi etmək olar.
0

#16 İstifadəçi Offline   Nizami63 

  • Moderator
  • иконка
  • Status: Moderator
  • İsmarıclar: 1,283
  • Qeyd. Tarixi: 26-December 09

Göndərildi 15 May 2010 - 08:37 PM

Afinada rəsmi səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, bundan sonra Türkiyə və Yunanıstanın həmkar kimi fəaliyyət göstərəcəklərinə ümid etdiyini bildirib, - “1nyus” xəbər verir.
Baş nazirin sözlərinə görə, bu istiqamətdə artıq vacib addım atılıb və bunun sayəsində diplomatik pasporta malik olan hər iki ölkə vətəndaşları arasında viza rejimi aradan qaldırılıb.
Türkiyə baş naziri və Yunanıstan prezidenti Kipr problemini də müzakirə ediblər. Ərdoğanın sözlərinə görə, Türkiyə Kipr probleminin həll edilməsi üçün tam dəstək verməyə hazırdır.

F. Dostoyevski : Əgər Tanrı yoxdursa, o zaman hər şeyi etmək olar.
0

#17 İstifadəçi Offline   NikoAz 

  • VİP
  • PipPipPip
  • Status: VIP user
  • İsmarıclar: 393
  • Qeyd. Tarixi: 10-January 10
  • LocationBaki

Göndərildi 20 May 2010 - 05:37 PM

Nurçu şerietçi AKP ne qederki Türkiyenin başındadır Türkiye xeriteden silins ebele teecüblenemrem.

AZERBAYCAN


“Uşaq ikən hər gecə mənə bir velosiped verməsi üçün tanrıya dua edərdim. Bir gün tanrının iş prinsipinin belə olmadığının fərqinə vardım. Gedib bir velosiped oğurladım və tanrıya məni bağışlaması üçün dua etməyə başladım.”

Al Kapone


“Hər dəqiqə təriflənmək istəyən bir Tanrıya inana bilmərəm.” Fridrix Nitsşe

0

#18 İstifadəçi Offline   elshenati 

  • aktiv user
  • PipPip
  • Status: Aktiv istifadəçi
  • İsmarıclar: 13
  • Qeyd. Tarixi: 22-December 09
  • LocationWwW.JoY.Az

Göndərildi 23 May 2010 - 04:45 AM

Mən Türkiyəni hal-hazırda dünyanın siyası cəhətdən ən problemli ölkəsi adlandırardım. Siyasi problemlərdən başlıcası ölkədə vətəndaş müharibəsi təhlükəsinin olmasıdır. Sayı problemlərə səbəb olacaq kürdlər və türklər. Kürdlər özlərinin ayrıca respublikasın istəyirlər. Şərq bölgələrində hər gün qan, ixtişaş, şəhid xəbərləri var. Uşaqları bu oyuna qurban verirlər. Adi bir şeydən səbəb yaradıb nəsə ölkədə xaos yaradırlar. Buna görə Türkiyənin diqqəti bura yönəlir. Buna baxmayaraq iqtisadi cəhətdən Türkiyə inkişaf edə bilir. Avropa Birliyinin məlumatına görə 2010cu ildə Avropada ən çox iqtisadi artım Türkiyədə olacaq. Türkiyə bir neçə ilə bu gərginlikləri atsa inkişaf etmiş ölkələrdən birinə çevriləcək. Artıq regionda öz sözün deyə bilir.
0

#19 İstifadəçi Offline   Nizami63 

  • Moderator
  • иконка
  • Status: Moderator
  • İsmarıclar: 1,283
  • Qeyd. Tarixi: 26-December 09

Göndərildi 23 May 2010 - 07:29 PM

Смотреть сообщениеNikoAz, 20 May 2010 - 05:37 PM, написал:

Nurçu şerietçi AKP ne qederki Türkiyenin başındadır Türkiye xeriteden silins ebele teecüblenemrem.

AKP - nin nurçularla bağlılığını necə sübut edə bilərsiniz?
F. Dostoyevski : Əgər Tanrı yoxdursa, o zaman hər şeyi etmək olar.
0

#20 İstifadəçi Offline   Nizami63 

  • Moderator
  • иконка
  • Status: Moderator
  • İsmarıclar: 1,283
  • Qeyd. Tarixi: 26-December 09

Göndərildi 29 May 2010 - 06:52 PM

"Son aylar rəsmi Ankaranın regiondakı problemlərin həlli üçün səylərini artırması, İranın nüvə proqramı ilə bağlı probleminin və Fələstin məsələsinin həlli, İraqda sabitliyin bərqərar olması bütün dünyanın marağına uyğundur". Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində belə deyib. O qeyd edib ki, qonşu ölkələrdə baş verənlər ölkəsinə müsbət və ya mənfi təsir göstərəcək. Dağlıq Qarabağ münaqişəsinə toxunan türkiyəli nazir Azərbaycan və Ermənistan arasında olan problemin həllinib Türkiyəyə müsbət təsir göstərəcəyini bildirib.

"Bizim xarici siyasət anlayışımız, əvvəlcə öz bölgəmizdə sülhü, sabitliyi, rifahı təsis etməyə istiqamətlənib. Buna diqqətinizi çəkim ki, biz, Türkiyə olaraq, "İraqdan bizə nə?" deyə bilmərik. Biz, İranın məsələlərinə biganə qala bilmərik. Suriyan, Yunanıstan, Bolqarıstan, Rumıniya, Rusiya, Gürcüstanın problemləri təbii olaraq bizə də təsir edər. Qarabağ qan ağlarkən biz gülə bilmərik, Fələstin gözyaşı tökərkən biz sevinə bilmərik. Orta şərqin, Balkanların, Qafqazın taleyi bizim tayleyimizlə birgə yazılmışdır", deyə Ərdoğan bəyan edib.

Rəsmi Ankaranın aktiv xarici siyasətinin "qonşularla sıfır problem" anlayışının üzərində qurulduğunu deyən Ərdoğan İran məsələsinə toxunarkən deyib ki, burada Türkiyənin və Braziliyanın 1200 kiloqramlıq aşağı nisbətdə zənginləşdirilmiş uran qarşılığında İrandan nüvə məsələlərində istifadə etmək üzrə yanacaq alacağını və mübadilə əməliyyatının Türkiyədə reallaşacağını söyləyib. Bu razılaşmanın, regiondakı risklərin aradan qaldırılmasında çox ciddi bir addım olduğunu deyən Ərdoğan bununla Türkiyənin qlobal və regional məsələlərdə güclü və qabaqcıl bir rol boynuna götürdüyünə diqqət çəkib.



F. Dostoyevski : Əgər Tanrı yoxdursa, o zaman hər şeyi etmək olar.
0

  • (3 Səhifə)
  • +
  • 1
  • 2
  • 3
  • Вы не можете создать новую тему
  • Вы не можете отвечать в этой теме

1 istifadəçi bu mövzunu oxuyur
0 istifadəçi, 1 qonaq, 0 gizli